Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

XARİCİ SİYASƏT 03 fev 2023, 13:35
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 3-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top