Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın Tehran səfirliyində baş verən terrorla bağlı paylaşım edib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərindən kədərləndim. Fransanın Bakıdakı səfirliyi adından Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm”, - deyə fransalı diplomat qeyd edib.
Səfir : “Bu səhər 🇦🇿-ın Tehrandakı Səfirliyinə edilən hücumdan dərin kədərləndim. @FranceBakou adından @AzerbaijanMFA həmkarlarına və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm.” https://t.co/w5gSixj1qQ
— France en Azerbaïdjan 🇫🇷🇪🇺 (@FranceBakou) January 27, 2023