Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

XARİCİ SİYASƏT 25 yan 2023, 13:11
“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayan Hacızadə "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobili ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top