“Azərbaycan torpağında gediş və gəlişə özü nəzarət etməlidir”

QARABAĞ 23 yan 2023, 23:45
“Azərbaycanın əsas məqsədlərindən biri Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin olmasıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib. Analitik qeyd edib ki, Rusiya isə buna qarşı çıxa bilmir:

“Çünki bu torpaqlar Azərbaycan torpağıdır. Azərbaycan torpağında da gediş və gəlişə özü nəzarət etməlidir. Lavrovun son açıqlamalarında da buna işarə var. Yəni, əslində ermənilərin belə iddiaları var ki, bu yolu Azərbaycan yox, Rusiya bağlayıb. Bununla bağlı Ermənistanda da aksiyalar təşkil olundu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı müəyyən fikirlər də səsləndirildi. 

Bu mənada belə bir qənaətə gələ bilərik ki, Rusiya da Azərbaycanın öz ərazilərində nəzarət etməsinə etiraz edə bilməz. Biz hadisələrin belə davam etməsini qəbul edə bilmərik. Çünki bu Azərbaycan məğlubiyyəti hesab oluna bilər. Qarabağdakı erməni separatçıları belə hesab edə bilərlər ki, qalib gəliblər. Bu mənada biz istəyimizə nail olmalıyıq. Nəzarət buraxılış məntəqəsinin tətbiq olunmasına nail olmalıyıq. Bu, Azərbaycanın suveren haqqıdır, dünya buna heç nə deyə bilməz”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top