"Boş vaxtlarımda boksa gedirəm" — Daşkəsənin icra başçısı

MARAQLI 28 may 2019, 16:56

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq “Çelsi” - “Arsenal” futbol oyunundan danışıb.  


İcra başçısı Demokrat.az-a açıqlamasında sözügedən komandalara uğurlar arzu edib:


"Açığı deyim ki, mənim futbola marağım yoxdur. Mənimki boksdur. Mən uşaqlıqdan boksla məşğul olmuşam. İndi də məşğul oluram. Boş vaxtlarımda boksa gedirəm. Bizim hörmətli professorumuz olan Ağacan Abıyev də yaxşı boksçudur. O, boksda köhnələrdəndir. Onunla mən çox yaxınıq. Hətta, bir-birimizə əmioğlu deyirik. Boksda ondan öyrəniləsi çox şey var".


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top