Mədəniyyət naziri vəzifəsini icra edəcək Adil Kərimli kimdir? — DOSYE

MƏDƏNİYYƏT 22 dekabr 2022, 13:18
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad olunub və o mədəniyyət nazirinin birinci müavini təyin edilib. 

Mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.

Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub. A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Adil Kərimli Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 21:32
24 noyabr 2024, 20:30
24 noyabr 2024, 19:40
Top