Azərbaycanda dirijor vəfat etdi — FOTO

İNCƏSƏNƏT 19 dek 2022, 17:32
Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Bildirilib ki, K.Əliverdibəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top