Messi qol vurarkən meydanda 13 argentinalı olub — FOTO

İDMAN 19 dek 2022, 12:55
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin dünən baş tutan finalında qol vurarkən meydanda 13 komanda yoldaşı olub.

Epizod görüşün 108-ci dəqiqəsində qeydə alınıb.

Cənubi amerikalı superulduz rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalı meydana girib və top qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olub. Bu qol 35 yaşlı Leonun komandasını hesabda önə keçirib.


Xatırladaq ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Argentina Fransanı yenərək tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.//Fanat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top