Müəllimlər yenidən imtahan verəcək

SOSİAL 15 dek 2022, 11:23
“Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı nəticə toplayan müəllimlər yenidən imtahan verəcəklər”.

Demokrat.az
Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı qeyd edib ki, yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar:

“Ümid edirik ki, builki sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 368 nəfər ikinci şanslarında uğur qazanacaqlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top