“Qafqazda istənilən geosiyasi dəyişikliyin əleyhinəyik” — İran səfirindən AÇIQLAMA

REGİON 14 dek 2022, 17:09
“İran Cənubi Qafqaz üçün 3+3 formatını çox uğurlu hesab edir və bu formatın Moskvada keçirilən ilk iclasında fəal iştirak edib”.

Demokrat.az
xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələsi Tehran üçün çox vacibdir. Ona görə də Rusiya, Türkiyə və digər Cənubi Qafqaz respublikaları ilə birlikdə bu formatda iştirak edir.

“Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü tam dəstəkləyirik. Bu regionda istənilən geosiyasi dəyişikliyi təhlükəli hesab edirik və buna qarşıyıq. Biz dialoq, qarşılıqlı fəaliyyət və danışıqları münaqişələrin həllinin ən yaxşı yolu hesab edirik”, – Cəlali vurğulayıb.

3+3 platformasının son iclası ötən ilin dekabrında baş tutub. Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə və İranın nümayəndələri Cənubi Qafqazın problemlərini müzakirə etmək üçün toplaşıblar. Gürcüstana da dəvət göndərilib, lakin ölkə rəhbərliyi görüşə qatılmaqdan imtina edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 3+3 platformasının yeni iclasına hazırlıqların getdiyini bildirib. Onun sözlərinə görə, hazırda tədbirin tarixi və gündəliyi razılaşdırılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top