Borrell: "Putin milyonlarla ukraynalını su, elektrik və istilikdən məhrum edir"

DÜNYA 12 dek 2022, 23:24
"Döyüş meydanında üstünlük əldə edə bilmədiyini nəzərə alan Putin Ukraynanın kritik infrastrukturuna zərbələr endirməyə başladı, milyonlarla ukraynalını qış şəraitində soyuq və qaranlığa məhkum etməyə qərar verdi ki, bu da bəşəriyyətə qarşı cinayət və cəzasız qala bilməyən müharibə cinayətidir"

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə Aİ Nazirlər Şurasının xarici işlər üzrə yekunlarına dair mətbuat konfransında Aİ-nin ali nümayəndəsi Cozep Borrell bildirib.

“Bizə nazir Kuleba qoşuldu və o, Rusiyanın qışdan və aşağı temperaturdan silah kimi necə istifadə etdiyi barədə bizə məlumat verdi. Təəssüf ki, biz bu gün öyrəndik ki, Rusiya pilotsuz təyyarələrinin zərbəsindən dərhal sonra təkcə Odessada 1,5 milyon insan işıqsız qalıb.` Aydındır ki, Putin ukraynalıları dondurmağa, onları təslim olmağa məcbur etməyə çalışır. Milyonlarla insanı sudan, işıqdan, istilikdən məhrum edir. Bunu insanlığa qarşı cinayət adlandırmaq olar. Milyonlarla insanı qışın ortasında dondurmaq üçün soyuğa, qaranlığa məhkum etmək hərbi cinayətdir. Bəli, bu, müharibə cinayətidir”, - Borrell bildirib.

O qeyd edib ki, Ukrayna xalqının cəsarəti hörmətə layiqdir, lakin bundan daha çox ukraynalıların Aİ-nin konkret dəstəyinə ehtiyacı var:

"Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba bu gün Avropa hökumət rəsmiləri ilə məhz bu barədə danışıb. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik.Rusiya bu müharibəni artıq mənəvi və siyasi cəhətdən uduzub və Ukrayna qalib gəlməlidir"- Borrel deyib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top