“Ermənilər həm Fransanın kölgəsinə sığınıb, həm də rus sülhməramlıların jestlərinə arxalanıb” — Deputat

SİYASƏT 06 dek 2022, 12:13
“Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının son həftələrdəki qəsdli şəkildə olan davranışları antiAzərbaycan siyasətindən xəbər verir. Ümumiyyətlə, mən sülhməramlıların bu iki il ərzindəki ermənipərəst fəaliyyətini heç də sülhməramlı adına layiq bilmirəm”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili əlavə edib ki, fəaliyyətə başlar-başlamaz sülhməramlıların məsuliyyət zonasındakı erməni separatçıları ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər. 

“Bundan bir müddət sonra Azərbaycanın mövqeləri istiqamətində qumbara atan şəxsi xatırlasaq, sonra ərazimizə keçməyə cəhd edən terrorçu dəstəsini nəzərə alsaq bir daha bu sual ortaya çıxır. Sülməramlılar bu baş verənləri görmürmü?Təbii ki, Azərbaycan ordusu belə təxribatları neytrallaşdıra bilmək iqtidarındadır. Lakin sülhməramlıların sülh yaratmaqdan başqa hər işlə məşğul olduqları göz önündədir”. 

“Son günlərdə isə Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıq etməsinə baxmayaraq bilərəkdən Azərbaycana məxsus toponomlərin adlarının dəyişdirilməsi,  xüsusilə  "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlədilməsi qətiyyən yol verilməz haldır. Bu tərəflər arasında qarşıdurma yaratmağa planlanmış addımdır. Bölgədə sülh yaratmaqla məşğul olmalı olan qüvvələr, əksinə qarışıqlıq yaradır. Mən zənn edirəm ki, ermənilər həm Fransanın kölgəsinə sığınıb, həm də rus sülhməramlılarının bu jestlərinə arxalanıb, hər hansı toqquşmaya cəhd edə bilər. Təbii ki, biz bunu istəmirik. Bu zəifliyimizdən deyil. Biz sülhə, sabitliyə olan sadiqliyimizdən iki ildir terrorçuların rəhbərliyi ilə danışıqlar aparırıq. Lakin görünən odur ki, nəinki Ermənistan, hətta bir neçə havadarı bu məsələni də 30 il müddətində olduğu kimi uzatmağa çalışırlar, lakin Azərbaycan dövlətinin qətiyyətli siyasi xətti buna imkan verməyəcək”- deyə deputat sonda qeyd edib.

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top