Putin Krım körpüsünü ziyarət edib

REGİON 05 dek 2022, 18:42
Rusiya prezidenti Vladimir Putin payızda terror aktının törədildiyi Krım körpüsünə baş çəkib və orada olub. 

Demokrat.az bildirir ki, bu barədə TASS məlumat yayıb .

O, Baş nazirin müavini Marat Xüsnullinin hesabatını dinləyib .

Qeyd edək ki, Krım körpüsündə  yolun sağ hissəsində hərəkət bərpa edilib. Dekabrın 5-i sözügedən ərazidə yol işlərindən sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, iki vaqonun arakəsmələri qismən dağılıb, həmçinin qatarın yeddi yanacaq çəni yanıb.  Rusiya prezidenti Vladimir Putin bildirib ki, hadisənin təşkilatçıları Ukrayna xüsusi xidmət orqanlarıdır.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top