“Postsovet məkanında böyük geosiyasi rəqabət yenidən fəallaşıb” — TƏHLİL

GÜNDƏM 30 noy 2022, 20:59
“Rusiyanın bugünkü siyasəti sözün əsl mənasında Rusiya imperiyası dövrünün siyasətini, eyni zamanda Sovet İttifaqının siyasətini xatırladır. O mənada ki, həmin dövrdə də Rusiya imperial ambisiyalar yürüdürdü,  indi də biz Rusiyanın yaxın qonşularına qarşı yürütdüyü siyasətə baxanda əslində özünün imperial siyasətindən əl çəkmədiyinin fərqində olmuş olarıq”. 

Bu fikiləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq qeyd edib ki, Rusiya  Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdır.

“Rusiyanın gərginlikdə maraqlı olmağının səbəbi belə izah etmək olar  ki, hər bir imperial dövlət kimi Rusiya da öz qonşuluğunda daimi nüfuz sahibi olmağa çalışır. İstər Ukraynada, istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada nüfuz sahibi olmaq üçün imperial ölkələrin həyata keçirdiyi bir sıra metodlar icra edir. Onlardan da biri  “Parçala və hökm sür!” siyasətidir. Bu siyasət özünün kökünü Qədim Roma dönəmində Roma sərhədlərinin hüdudlarında yaşayan almanlara münasibətdə Qədim Roma tərəfindən işlədilən siyasətdən götürür.  Həmin vaxtdı Qədim Roma alman tayfayalarının Qədim Romaya olan hücumunu almaq üçün onlar arasında nifaq toxumları səpir və daimi onlar arasında gərginliyi yaradırdı. Bu mənada Rusiyanın siyasəti də heç də Romanın və digər dövlətlərin imperial siyasətindən fərqlənmir. Yəni ki, qonşuluqlarının yanında gərginliyin olmalıdır ki, o həmin dövlət arasında gərginliyin aradan qaldırılmasında vasitəçi kimi iştirak etsin və nüfuz sahibi olsun. Həm də ki, qonşuluqdakı dövlətlərin Rusiyaya qarşı hər hansı mövqe sərgilməsinin qarşısı alınmış olsun. Bu baxımdan biz görürük ki, Rusiyanın Ukraynadakı, Cənubi Qafqazdakı, Mərkəzi Asiyadakı siyasəti məhz elə bu imperiyaya söykənən siyasətdir”. 


Rusiya-Ukrayna müharibəsi fonunda onu qeyd etmək lazımdır ki, postsovet məkanında böyük geosiyasi rəqabətin yenidən fəallaşması Rusiyanı narahat edən məqamlardandır. Biz görürük ki, elə Cənubi Qafqazın özündə son dönəmlər həm Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesindəki vasitəçiliyi, həm ABŞ-ın vasitəçiliyi müşahidə olunur. Həm də onlar Rusiya-Ukrayna müharibəsinin zəifləməsindən istifadə edərək Cənubi Qafqazda möhkəmlənməyə səylər göstərirlər. Rusiya bu mənada sözsüz ki, nə ABŞ-ın, nə də Avropa Birliyiinin özünün arxa bağçası hesab etdiyi Cənubi Qafqazda, Mərkəzi Asiyada və digər qonşu regionlarda da təsir dairəsinin artmasına hər vəchlə mane olmağa çalışır. Bu baxımdan onu qeyd etmək lazımdır ki, ABŞ, NATO daimi Rusiya üçün damokl qılıncı təhdidi daşıyıblar. Rusiyanın ən ali maraqlarından biridir ki, öz qonşuluğundakı regionlarda ABŞ-ın, Avropanın nüfuzunun artmasına əngəllər törətsin”. 

Politoloq əlavə edib ki, Rusiya Cənubi Qafqazda Rusiya müxtəlif separatçıları dəstəkləyir və təxribatyönümlü cəhdlər göstərir, yəni qeyri-konstruktiv mövqe sərgiləyir. 

“Ruben Vardanyan kimi şəxslər məhz Rusiyanın yaşıl işığı ilə Xankəndinə gəlib və orada qondarma “nazir” vəzifəsinə yiyəlib. Bu da sözsüz ki, Azərbaycanın maraqlarına ziddiyyət təşkil edir. Biz görürük ki, Rusiya həmin separatçıları dəstəkləməklə, erməni silahlılarını oradan çıxatmamaqla bir daha separatizmi dəstəklədiyini göstərir. Biz elə Qarabağ münaqişəsinin kökünə getsək, daim Rusiya burada gərginlik yaradan tərəflərin rolundan çıxış edir. Çünki dövlətlər arasında gərginlik olmalıdır ki, Rusiay orada bir vasitəçi kimi iştirak etsin və dövlətlər arasında öz nüfuzunu artırmış olsun. Rusiya bu qonşuluq siyasətində bir o qədər rasional deyildir, çünki Rusiyanı onsuz da bütün dünya, xüsusilə də Qərb cəbhəsi bir növ təcrid edib. Rusiyanın münasibət saxlaya biləcək regionlardan biri Cənubi Qafqazdır. Biz görürük ki, Azərbaycan Rusiya olan razılaşmalarına heç bir xələl gətirmir. Hətta, BMT-nin səs vermələrində belə biz görürük ki, neytral mövqe sərgiləyir. Amma, Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, biz Ukraynada apardığı siyasəti heç cür dəstəkləmirik. Rusiya nəzərə almalıdır ki, qonşuluqdakı ölkələr, o cümldəən Cənubi Qafqaz Rusiyanın münasibətlərdə ola biləcəyi az regionlaradan biridir. Həmin dövlətlərin maraqlarını da Rusiya nəzərə almalıdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top