Misirdə piramidalar olan sahədə - milli muzey yaxınlığında partlayış baş verib.
Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, turistləri daşıyan avtobusun olduğu ərazidə 17 nəfər yaralanıb. Onlardan 10-u misirli, 7-si cənubi afrikalıdır.
Qeyd edək ki, ötən ilin sonlarında da paytaxt Qahirədə analoji hadisə baş vermişdi. Bu zaman Misir təhlükəsizlik qüvvələri 40-a qədər terroristi zərərsizləşdirib.
Demokrat.Az