Litva NATO-nu Ukraynaya müasir tanklar verməyə çağırıb

DÜNYA 29 noy 2022, 22:38
Litvanın xarici işlər naziri Qabrielus Landsberqis NATO-nu Ukrayna Silahlı Qüvvələrinin qış aylarında Rusiya qarşısında hərbi üstünlüyə malik olması üçün Ukraynanı müasir tanklarla təmin etməyə çağırıb.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Mən bir sıra hərbi ekspertlərlə danışdım və eşitdim ki, Ukraynanı yanvara qədər tanklarla təmin etsək, bu, böyük hərbi əhəmiyyət kəsb edə bilər. Ukrayna  Silahlı Qüvvələrdə NATO-nun döyüş tanklarını idarə etmək qabiliyyətinə malik mexanik sürücülər var. Onlardan bəziləri artıq Alyans ölkələrinin ərazisində müvafiq təlim keçiblər"- deyə o qeyd edib.

 Litvanın xarici işlər naziri Qabrielus Landsberqis ölkələri Kiyevi Alyansın arsenalında olan hər şeylə təmin etməyə çağırıb.


Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top