DÇ-2022: Niderlandla Seneqal 1/8 finalda

İDMAN 29 noy 2022, 20:58
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında "A" qrupundan 1/8 finala mərhələsinə Niderland və Seneqal yığmaları vəsiqə qazanıb.

Demokrat.az
-ın xəbərinə görə, Niderland Qətər üzərində 2:0 hesablı qələbə ilə qrup lideri kimi pley-offda oynamaq hüququ əldə edib. Belə ki, "zanbaqlar" iki qələbə, bir heç-heçə ilə 7 xal toplayıblar.

Qrupun əsas qarşılaşmasında Seneqalla Ekvador üz-üzə gəliblər. Dramatik matçda afrikalılar 2:1 hesablı qalibiyyətlə növbəti mərhələyə adlayıblar. İki qələbə sayəsində 6 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıblar. Seneqal bununla 2002-ci il mundialındakı uğurları təkrarlayıblar.  

29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal - 1:2 
Qollar: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2)
Baş hakim: Kleman Türpen (Fransa)

19:00. Niderland - Qətər - 2:0 
Qollar: Kodi Qakpo, 26, Frenki de Yonq, 49
Baş hakim: Bakari Qassama (Qambiya)

Turnir cədvəli
Niderland - 7 xal
Seneqal - 6 xal
Ekvador - 4 xal
Qatar - 0 xal

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top