Sərxoş vəziyyətdə toydan qayıdan şəxs avtomobili qaz kəmərinə çırparaq ölüb

HADİSƏ 26 noy 2022, 23:55
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb. Nəticədə o, hadisə yerində ölüb.
Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top