DÇ-2022: “Fənərbağça”nın ulduzu Niderlandı məyus etdi

İDMAN 25 noy 2022, 21:57
Futbol üzrə Dünya çempionatında "A" qrupunda ikici tura yekun vurulub.

Demokrat.az
-ın xəbərinə görə, Niderland yığması Ekvadorla qarşılaşıb. Gərgin keçən oyunda qapılara iki top vurulub.

Matçın başlanğıcında Niderland Qakponun qolu ilə üstünlük qazanıb. İkinci hissəyə fəal başlayan cənubi amerikalılar buraxılmış topun əvəzini çıxıb.  “Fənərbağça”nın hücumçusu Enner Valensiya boş qapını dəqiq nişan alıb. Bu, ekvadorlu hücumçunun mundialda 3-cü qolu olub. 

Beləliklə, qarşılaşmanın heç-heçə ilə başa çatmasından sonra tərəflər meydandan hərəyə bir xalla ayrılıblar. Bununla da, 4 xalla qrup liderliyini davam etdiriblər. Qrupun üçüncüsü 3 xalla Seneqaldır. İki oyuna xalsız davam edən Qətər millisi sonuncudur. 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top