Zahid Oruc: “İlham Əliyevin nüfuzu ölkəmizin coğrafiyasını qat-qat aşır”

SİYASƏT 24 noy 2022, 18:00
“Ölkə rəhbərinin Serbiyaya səfəri əslində Bolqarıstanda enerji məsələlərinə həsr olunmuş zirvə görüşü zamanı müəyyənləşmişdi. Bu zaman Avropanın enerji məsələləri üzrə əsas təmsilçisi Ursula von der Lyayenin bilavasitə qatıldığı və ondan sonra da düşmən qüvvələrin Avropanın bu təmsilçisinə hücumlarının daha da intensivləşdiyi o mərasimdən Azərbaycan və Serbiya rəhbərlərinin görüşü sanki bir qədər zaman məsələsi idi. Ona görə də, Vuçiç bəyan etdi ki, prezident İlham Əliyev çox qısa zaman içərisində, özünün sıx qrafikində buna yer tapdı. Bu özü-özlüyündə xüsusi bir mənaya malikdir. Bu, o deməkdir ki, Azərbaycan ümumiyyətlə Balkan ölkələri ilə həmişə yaxşı münasibətlərə can atıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib. Deputat daha sonra bunları əlavə edib: 

“Digər tərəfdən, Serbiyanın Yuqoslaviyanın dağılması fonunda bəlli bir taleyi var, ərazi bütövlüyünün pozulması və Kosovo kimi bir presedentin meydana çıxarılması var. Uzunmüddət də onun Qarabağla eyniləşdirilməsi hadisələrinin bu dönəmdə müəyyən mənada xatırlatmağa dəyər. Serbiya rəhbərləri prezident İlham Əliyevə, onun nüfuzuna, dövlət xəttinə, regional və beynəlxalq siyasətdə ona olan hörmətə, ehtirama, etibarlı partnyor kimi yanaşdıqlarının göstərirdilər. Bunu açıq mətnlə də bildirirdilər. Bu, hədsiz dərəcədə gerçək mövqeləri ifadə edirdi. Bu, o deməkdir ki, prezident İlham Əliyevin nüfuzu bizim ölkəmizin coğrafiyasına qat-qat aşır. O, həqiqətən də regional və beynəlxalq münasibətlər sistemində önəmli bir qüvvəyə çevrilir. Xüsusilə də, Azərbaycan torpaqlarının işğaldan azad olunması bu prosesi şübhəsiz ki, şərtləndirən əsas amillərdən olub”. 
Zahid Oruc diqqətə çatdırıb ki, bu görüş ərəfəsində KTMT-nin əsas təmsilçilərinin dövlət rəhbərləri də İrəvana toplaşmışdılar:

“Bunun da ölkə rəhbərinin Serbiyada görüşləri ilə müəyyən sinxronluğu var. Gördüyümüz kimi, İrəvandakı tədbirdə 5 əsas dövlətin nümayəndələrinin olmasına baxmayaraq, qəribə bir sükut, hədsiz qayğı və dramatizm, Ermənistanla məsələləri uzlaşdırmamaq, onun mövqeyini qəbul etməmək, hətta bir sıra hallarda Paşinyandan yorğunçuluq, bəzən bunun siyasi bezikdirci nöqtəsində olması fonunda bu atmosferi siz tablonun bir hissəsinə qoyun. Digər məkanda isə Azərbaycan Prezidentinin son bir neçə ay içərisində Bolqarıstan, Çexiya, Özbəkistan, Əlcəzair və Serbiya səfərlərini bir araya gətirdiyimizdə, bu fəal xarici siyasət kursu Azərbaycanın müttəfiqlərini, tərəfdarlarını artırmaq üçündür. O biri yandan Serbiya özünəməxsus söz sahibidir. Beynəlxalq münasibətlər sistemində möhkəm yeri və mövqeyi var. Prezident İlham Əliyev bu məsələdən danışanda həmin Ermənistan himayədarlarından danışarkən, konkret hansı ünvanların seçildiyi hamıya bəllidir. Ölkə rəhbəri bundan öncə də Fransa ilə bağlı məsələləri çox konkret və kəskin şəkildə dilə gətirmişdi. Bu MDB rəhbərlərinin görüşündə də açıq mətnlə söylənilmişdi. Makronun israrla bu sülh missiyasında yer almağa çalışması, bu gündəliyin formalaşmasına iştirak cəhdləri, amma arxasınca bir-birini əvəz edən antiazərbaycan qətnamələri və addımları fonunda görülmüşdü. Heç şübhəsiz ki, bizim üçün hazırkı dövrdə belə bir təhlükə mövcud deyil ki, Vətən müharibəsinin nəticələrini təftiş edib, onu haradasa geridə çevirmək olsun. Bundan ötrü Ermənistanın ordusu yoxdur, bu bir ayrıdır, ikincisi hər hansı dövlət qoşunlarının çəkib gəlib Göyçə dağlarından Azərbaycana hücum edəsi deyil! Çünki bu dövlətlərin özünün linç edər. Onları çox ağır vəziyyətə qoyardı. Çünki onların müəyyən bir hissəsi antirusiya blokundan yer alıb, bu səngərdədirlər və hər biri Makronun siyasətini kəskin şəkildə qınayırlar, ittiham edirlər, Ukraynanın tərəfindədirlər. Əgər bir yandan Azərbaycan əleyhinə diplomatik həmlələr edirlərsə də, amma şübhəsiz ki, bunu hərbi baxımdan gerçəkləşdirə bilmirlər. Ona görə də, mən hesab edirəm ki, İrəvandakı dünənki tədbirlə Serbiyadakı görüşlər müəyyən mənada uzlaşır”. 

“Qazaxıstan liderinin də ölkəmizə səfərləri olmuşdu. O, Azərbaycan dövlətinin siyasi xətti, kursu, beynəlxalq əlaqələr və digər məsələlər haqqında çox yüksək fikirlər söyləmişdi,  o cümlədən də Belarus liderinin bu məsələdə mövqeyi  açıq mətnlə göstərmişdir. Ölkə rəhbərinin hakim partiyanın qurultayında söylədiyi “təşkilatlar var ki, orada bizim müttəfiqlərimiz Ermənistandan çoxdur. Bu, təbii ki faktiki olaraq sübut edir ki, o ölkələr Azərbaycanı kollektiv şəkildə təhlükə mənbəyi kimi görmürlər, əksinə Ermənistanın kimi görmür. Ona görə də, hesab edirəm ki, hazırki bizim danışdığımız indiki anda situasiya, xüsusilə də onların 12-14 sentyabrda sərhəddə toqquşmalardan sonra onlar müəyyən qədər diplomatik hücumların intensivləşməsinə baxmayaraq, bunları bir-birinin ardınca son diplomatik səhvləri, böyük xətaları, yanlışları onları bir neçə qütblə üz-üzə qoyur. Gördüyümüz kimi, ABŞ İran məsələlərində Azərbaycanın yanında olduğunu bildirdi, onlar bu manipulyasiya elementini əldən çıxardılar. İranla hədsiz yaxınlaşma digər Qərb dairələrini də narahat edir. Blinkenin Paşinyanla danışığı ilə bağlı məsələlər çox kəskin xarakter alıb. Belə olan halda düşünürəm ki, ölkə rəhbərinin beynəxalq və regional siyasəti Ermənistanı Vətən müharibəsinin şərtləri altında sülh müqaviləsini imzalamağa, gətirməyə xidmət edir. Ümidvaram ki, bu baş verəcək və ondan sonrakı dövr beynəlxalq və regional siyasət üçün bu məkanda yeni bir mərhələnin əsası qoyulacaq”.   

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top