KİV: İran İraqa raket zərbəsi endirib, ölənlər var

REGİON 21 noy 2022, 09:09
İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb.

Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına endirilib.

Bildirilib ki, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verib.

“Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub.

Bir neçə nəfər atışma nəticəsində ölüb.

ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top