Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

DÜNYA 16 noyabr 2022, 22:19
Ukrayna parlamenti Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.

Demokrat.az Ukrayna mətbuatın aistinadən bildirir ki, Prezident Volodimir Zelenskinin fərmanlarına əsasən, xüsusi rejim növbəti 90 gün ərzində - 2023-cü il fevralın 19-dək davam edəcək.

Deputat Yaroslav Jeleznyakın sözlərinə görə , 294 deputat hərbi vəziyyət, 297 isə səfərbərlik haqqında qanun layihəsini dəstəkləyib.

"Ali Rada hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün müddətinə 2023-cü il fevralın 19-dək uzadıb".

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı zamanı fevralın 24-də saat 5:30-dan 30 gün müddətinə hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilib.

Daha sonra bir neçə dəfə hərbi vəziyyət uzadılıb. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top