Zelenski xalqa müraciət etdi: "Özünüzə yaxşı baxın və bir müddət sığınacaqlarda qalın"

DÜNYA 15 noyabr 2022, 20:58
Ukrayna Prezidenti Volodimr Zelenski Rusiyanın kütləvi raket hücumuna görə ukraynalılara müraciət edib.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, Zelenski deyib ki, Rusiya Ukraynaya 80-dən çox raket atıb.

O, müvafiq videomüraciəti sosial şəbəkələrdə yayımlayıb. 

"Düşmənin nə istədiyi aydındır. O, məqsədinə çatmayacaq.  Yalvarıram: özünüzə yaxşı baxın və bir müddət sığınacaqlarda qalın. Bilirəm ki, raketlər bir çox şəhərlərdə elektrik enerjisini kəsdi. Biz işləyirik, hər şeyi bərpa edəcəyik, hər şeydən sağ çıxacağıq", - o vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, daha 20-yə yaxın zərbə endiriləcəyi gözlənilir.

Dövlət başçısı vətəndaşlara müraciətini  “Afərin sizə” sözləri ilə yekunlaşdırıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top