Türkiyə ordusu şəhid verdi

REGİON 06 noy 2022, 09:41
Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin çavuşu Halil Yıldız şəhid olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terrorçular tərəfindən basdırılan minanın partlaması nəticəsində 2 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top