Rusiyada ayrı-ayrı məmurlar yanaraq 41 nəfərin ölümünə səbəb olan “SSJ-100” təyyarəsini tənqid etsə də, rəsmi Moskva həm də müdafiə mövqeyi tutub. Bu təyyarələrdən narazılıq isə böyükdür.
Rusiyada “SSJ-100”-ün uçuşlarının ləğvi üçün petisiya hazırlanıb. Petisiyanı indiyə qədər 137 min insan imzalayıb. “Change.org” saytında say dayanmadan artır.
Təşəbbüsün müəllifi Yelena Kuznetsova deyir ki, bu təyyarələr son illər 8 qəzaya səbəb olub. İnsan itkisinə görə Şeremetyevo hava limanındakı hadisə ikinci yeri tutur. 2012-ci ildə “SSJ-100” İndoneziyada dağa çırpılanda daha çox adam həlak olmuşdu.
“SSJ-100”-lərin hazırlanmasına Rusiya hökuməti milli təyyarə sənayesinin dirçəlişi kimi baxırdı. Müdafiə mövqeyi tutulması da bu amillə bağlıdır. (Bizimyol.info)