Ərdoğan: “Ukraynada ən pis sülh belə müharibədən daha yaxşıdır”

REGİON 07 okt 2022, 09:57
“Bugünkü təmaslarımız zamanı bir çox Avropa liderləri Türkiyənin Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı diplomatik addımları yüksək qiymətləndiriblər”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

“Yerlərdə qəbuledilməz hadisələr işimizi çətinləşdirsə də, biz ən pis sülhün belə müharibədən daha yaxşı olduğuna inanaraq münaqişəni sona çatdırmaq üçün səylərimizi davam etdiririk”, - deyə o bildirib.

O, özünü həm Rusiya prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq apara bilən yeganə lider kimi xarakterizə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top