Türkiyə prezidenti Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün vaxtı məlum olub.
Demokrat.az “Milliyyət” qəzetinə istinadən bildirir ki, Ərdoğan və Paşinyan Praqada oktyabrın 6-da axşam saat 20.00-da görüşücəklər.
Bu görüşün baş tutacağı barədə Ərdoğan və Paşinyan açıqlama vermişdilər. Bu münasibətlərin normallaşması prosesindən bəri Türkiyə və Ermənistan başçılarının ilk üzbəüz görüşü olacaq.

