Ərdoğandan dünyaya Azərbaycan mesajı — VİDEO

GÜNDƏM 20 sen 2022, 21:45
Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycanla bağlı dediklərini önə çıxarıb.

Telekanal bununla dövlət başçısının bütün dünyaya dəqiq bir mesaj verdiyini vurğulayıb.

“Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”, - deyə Ərdoğan bəyan edib.

O, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsinin Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açdığını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top