"Dünən halı lap pisləşdi" — Xalq artistinin qızı

İNCƏSƏNƏT 12 sen 2022, 15:51
Xəbər verdiyimiz kimi, Xalq artisti Ənvər Həsənov uzun sürən müalicədən sonra xəstəxanadan evə buraxılıb.

Aktyorun qızı Aytən Həsənova Axşam.az-a açıqlamasında atasının səhhətinin yenidən pisləşdiyini deyib. O bildirib ki, Ə.Həsənov xəstəxanaya getməkdən imtina edib:

"Dünən halı lap pisləşdi. İndi də halsızdır. Axır da güclə bir MRT (Maqnit rezonans tomoqrafiya) tapmışam və növbəyə yazılmışam. Atam xəstəxanaya getməkdən imtina edir, deyir, nə olursa evimdə olsun. Həkim gəlib yoxlayır, nəzarətdə saxlayırlar".

A.Həsənova atasının koronavirus testinin nəticəsindən də danışıb:

"Beş gündən sonra testin cavabı neqativ çıxdı. Çox gülməli hal idi. Atam o virusu hardan tutdu və necə sağaldı anlamadıq. Atamın səhhətindəki problem beynindəki travmadır. O, onu çox zəif saldı".

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top