“Dönər yemək daha ucuz başa gəlir” — Təranə Qumral bahalaşmadan ŞİKAYƏTLƏNDİ

ŞOU-BİZNES 09 sen 2022, 17:43
“Kişilərin adı çıxıb. İndi restorana qadın da gedir, kişi də. Hətta deyərdim ki, bu məsələdə qadınlarımız kişilərimizi üstələyib”.

Bu sözləri  müğənni Təranə Qumral restoranlardan kişilərin daha çox istifadə etməsinə münasibət bildirərkən deyib. O, bu fikirlə razılaşmadığını vurğulayıb. İfaçı qeyd edib ki, bu məsələdə qadınlar kişiləri geridə qoyub:

“İndi insanlar o qədər müasirləşiblər ki, xanımları ilə bir yerdə restoranlara gedirlər. Hazırda hər şey bahadır. Evdə bişirməyə ehtiyac da yoxdur. Gedib harda olsa yeyirlər. Kişilərin adı çıxıb. İndi restorana qadın da gedir, kişi də.  Hətta deyərdim ki, bu məsələdə qadınlarımız kişilərimizi üstələyib. Biz məclislərdə də, gündəlik gedilən restoranlarda da oluruq. Qadınların kişilərdən daha çox olduğunu görürük”. 

Müğənni bunun səbəbini belə açıqlayıb:

“Yəqin, iş adamlarıdır. Həm də bazardan alanda qiyməti yüksək olur. Xərclər çox çıxır. Dönər yemək daha ucuz başa gəlir. Məsələn, bir dolmaya daxil olan ərzaqlar - ət, kələm, göyərti almaq  görün, hara vurub çıxır?! Qıraqda bir “fastfood” yemək daha sərfəlidir. “Fastfood” zərərlidir. Məsələn, biz evdə fast food yox, ev yeməyi yeyirik. Bunun üçün də heç bir restorana getmirik. Mən özümə cavabdehəm. Övladlarıma da məsləhət görürəm ki, evdə hazırlanmış yeməyi yesinlər. Kimin kefi necə istəyir, elə də yaşayır.  İnsanlara necə yaşamaqları barədə ağıl öyrətməyəcəyik ki...”. /Yenisabah.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top