Azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

HƏRBİ 05 sen 2022, 12:13
Vətən müharibəsi başa çatandan indiyədək azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlanıb.

Demokrat.az-ın xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:

“67 minə yaxın isə mina və partlamamış hərbi sursatlar zərərsizləşdirilib. Bu gün də bu istiqamətdə davamlı işlər aparılır”. (report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top