Serj Sarqsyanın qızı işdən çıxarıldı — FOTOLAR

DÜNYA 26 apr 2019, 13:18

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın kiçik qızı Satenik Sarqsyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.


Demokrat.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.


Bildirilib ki, S.Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.


Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarqsyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.


Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.


Qeyd edək ki, Serj Sarqsyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top