Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 bioloji nümunə toplanıldı

HƏRBİ 29 avq 2022, 11:45
700 biloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.

Bu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatda qeyd olunur.

Bildirilir ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilib.

7 superviziya sessiyası bioloji istinad nümunələri götürülərkən itkin düşmüş şəxslərin ailə üzvlərinə dəstək göstərən müşayiətçilər üçün keçirilib.

İtkin düşmüş şəxslərin taleyinin və olduğu yerinin müəyyən olunması tədbirlərində iştirak edən müxtəlif milli qurumlardan 53 nümayəndə üçün növbəti mövzularda 3 beş günlük kurs keçirilmişdir: İnsan qalıqlarının götürülməsi, Təməl osteoloji təhlil və Məhkəmə arxeologiyası üzrə maarifləndirmə.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top