Hacı Şahindən Elşad Miri haqda sərt sözlər: “Canınız buna görə çıxır ki...”

GÜNDƏM 29 avq 2022, 10:05
“O gün çıxıb danışıb ki, Mirmövsüm Ağa özü xəstə idi, əgər özünə şəfa verə bilmirdisə, camaata necə şəfa verir. Əvvəla Mirmövsam Ağanın, övliyaların məzarı tibb müəssisəsi deyil. Camaat da ora şəfa üçün getmir. Camaat gedir orada Allaha ibadət etməyə”.

“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin bu çıxışı sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. O, ilahiyyatçı Elşad Mirinin “Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” fikirlərinə etitaz edib. Hacı Şahin bildirib:

“Sən denə niyə gedir orada ibadət edirlər? Mən də deyirəm ki, Allah niyə deyir ki, İbrahim məqamının arxasında namaz qılın. Neçə dəfə bunu demişəm, Həccdə olanlar görüb. İbrahim məqamını Məkkədən çıxarıb başqa yerə qoysan, adına nə deyəcəksən?! Pirdir də. Ziyarətgahdır.

Allah deyir ki, namazınızı pirdə qılın. Nəyə görə. Ona görə ki, övliyanın məzarı üzərində dayanma təvazö xüsusiyyətidir. Göstərir ki, mən özümdən üstün kimisə qəbul edirəm. Canınız buna görə çıxır ki, qəbul etmək istəmirsiniz. Davanız buna görədir. 

Kimsə 21-ci əsrdə gedib Mirmövsüm Ağaya ibadət edir? Sən bilirsən axı, ona ibadət etmirlər. Allah deyir ki, get mənim dostumun qəbri üstünə. Yəni etiraf elə ki, bu məndən üstündür. Nolar, bunu desən canın çıxmaz ki?! Bu sənə ancaq başucalığı gətirər. 

Bu adam o qədər özü özünü düşünəndir ki, elə bilir ki, biri özünə şəfa istəməyibsə, deməli heç kəsə şəfa istəməz. Adam var özü üçün yox başqasına şəfa istəyir. 

Mən bunu arxasında gizli plan görürəm ki,  bir dəstə xaricdən məqsədləri budur ki, yavaş-yavaş xalqı övliyalardan soyutsunlar. Sərt ehkamçı din düzəlsinlər. Yaxın Şərqdə açdıqları oyunları bu ölkədə də etsinlər. Orada da belə etdilər və bu ziyarətgahları dağıtmağa qədər getdi. Bunlar hamısı anlamamazlığın nəticəsidir...”(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top