Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı — FOTOLAR

BİZNES 24 avq 2022, 17:17
“Nar” ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərən abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində mükafatlandırma mərasimində ilin ən uğurlu abituriyenti adını qazanan 10 gəncə “Nar”-dan ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edildi. 
 
Tədbirdə iştirak edən qonaqlar - Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ictimaiyyəti üzvləri, media mənsubları abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov gəncləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında müvəffəqiyyətlər arzuladı. “Bu yüksək göstərici böyük əzm və zəhmətinizin bəhrəsidir. Mən inanıram ki, həyatınızda hələ bir çox uğurlar sizi gözləyir və yeni-yeni nailiyyətləriniz ilə hamımızı sevindirəcəksiniz” - deyə Əziz Axundov sözlərinə əlavə etdi.    
 
Xatırladaq ki, “Nar” Modern.az İnformasiya Agentliyinin media dəstəyi ilə 2017-ci ildən bu layihəni həyata keçirir. Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
 
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top