Növbəti həftə daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

SƏNAYE VƏ ENERGETİKA 20 avq 2022, 12:05
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

Növbəti həftə (22-26.08.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
 
Aksiya həftənin 1-ci günü saat 12:00-dan 14:00-dək Şamaxı rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü  saat 11:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı ), 3-cü günü saat 13:00-dan 15:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 13:00-dək Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı), 5-ci günü saat 11:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.



Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top