2 yaşlı uşaq bir anda ABŞ-ın qəhrəmanına çevrildi — FOTOLAR

MARAQLI 19 avq 2022, 20:00
ABŞ-da qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Corciya şatatında evin arxasındakı meşəlik ərazidə oynayan 2 yaşlı Esan Mur orada kiminsə ayağını görüb. 

Qaçaraq anasına yaxınlaşan uşaq sadəcə "Ayaqlar!" deyə bilib.

Uşağın göstərdiyi yerə baxan ana orada 82 yaşlı qadını görüb.

Məlum olub ki, bu, alzeymer xəstəsi olan və avqustun 8-dən bəri itkin düşən təqaüdçü Nina Lipscombdur.

Qadın tez təcili yardım çağırıb və Ninanı xəstəxanaya yerləşdiriblər.

Xəstəxanadan çıxan yaşlı qadının ilk işi balaca Esanı ziyarət etmək olub.

İndi iki yaşlı oğlan ABŞ-ın qəhrəmanına çevrilib.




Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top