Azərbaycanda turizm niyə aşağı səviyyədədir? — SƏBƏBLƏR

SOSİAL 11 avq 2022, 19:05
“Azərbaycanın, doğrudan da, çox böyük turizm potensialı var. Həm dəniz, həm daxili təbiət, həm də tarixi turizm potensialı böyükdür. Amma ölkəmizdə turizm sahəsində bir neçə mühüm problemlər var. Əsas problemlərdən biri hazırda quru sərhədlərin bağlı olmasıdır. Bu da ciddi təsir göstərir, amma müvəqqətidir, nə vaxtsa açılacaq, daim bağlı saxlaya bilməzlər. Digər problemlərdən biri Avropa ölkələri, ABŞ, Yaponiya, Çin kimi ölkələrdən hələ də bizim viza tələb etməyimizdir. Qonşu ölkələr Ermənistan və Gürcüstan 15 il bundan qabaq həmin ölkələrlə vizaları ləğv edib, biz isə əksinə. Bu, ciddi problemdir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert ölkədə turizmin səviyyəsinin aşağı olmasını bir sıra problemlərlə əlaqələndirib: “Problemlərdən biri isə təyyarə biletlərinin qiymətidir. Həddindən artıq bahadır. Bakıya birbaşa reyslər çox azdır. Reyslərin böyük əksəriyyəti İstanbul üzərindəndir. Onların da qiyməti baha olduğundan, xarici turistlərə sərf etmir. Başqa bir məsələ isə üçulduzlu və ya ikiulduzlu, homotel konsepsiyalı ucuz otellərin sayının çox az olmasıdır. Bizdə əsasən bahalı, beşulduzlu otellərə önəm verirlər. Bu isə müasir turizm anlayışına uyğun gəlmir. İndiki müasir turist profili bir neçə günlük hansısa şəhərə gedəndə gecəlik yatmaq üçün çox böyük məbləğlər ödəmək istəmir. Ona görə də əsasən ikiulduzlu, üçulduzlu və ya homotel konsepsiyalı otellər, hostellər axtarırlar. Bununla da bağlı bizdə ciddi problemlər var. Digər problem isə rəqabətsizlik mühitidür. Ölkəmizin turizm sahəsində rəqabət çox zəifdir. Qiymətlərin və xidmət sahələrinin yüksək olması da digər problemlərdir. Bu problemlərin kompleks şəkildə həllini tapması daha vacib və önəmlidir ki, ölkəmizdə turizm inkişafı etsin”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top