Şəkidə mikroavtobus və yük avtomobili toqquşdu — Yaralılar var

HADİSƏ 09 avq 2022, 18:45
Şəkidə mikroavtobus və yük avtomobili toqquşub.

"Qafqazinfo"nun  məlumatına görə, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində bsş verib.

Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət alıb, yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top