Deputat: “Bu o deməkdir ki, 162 dəfə Azərbaycan bayrağı yüksəlib”

GÜNDƏM 09 avqust 2022, 15:57
Xəbər verdiyimiz kimi, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Bu görüşün ardınca ölkə prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərinə səfəri başlayıb.

Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin V İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımızla görüşünün çox böyük əhəmiyyəti var. 

Deputat vurğulayıb ki, idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çox böyük uğurlara imza atıb:

“Görüş zamanı idmançılarımızın qazandığı böyük nailiyyətlərə diqqət cəlb edildi. Xüsusilə də, vurğulandı ki, 2017-ci ilin may ayının 12-22-si tarixlərində ölkəmizdə sayca IV İslam Həmrəyliyi Oyunlarına  ev sahibliyi edib. Həmin oyunlarda idmançılarımız çox böyük qələbə ilə adlarını tarixə yazıblar. Qeyd edim ki, həmin oyunlarda 54 müsəlman ölkəsindən 3 mindən çox idmançı iştirak edirdi. Azərbaycan idmançıları bu yarışda 54 ölkə arasında birinci yerə layiq görülmüşlər. Bu oyunlarda 75 qızıl qazanılşıdır ki, bu da 75 dəfə Azərbaycan himninin səslənməsi deməkdir. Bütövlükdə isə idmançılarımız bu oyunlarda 162 medal qazanıblar. Bu isə o deməkdir ki, 162 dəfə Azərbaycan bayrağı yüksəlib. Təbii ki, bunlar tarixi nailiyyətlərdir. Azərbaycan idmançıları sözün həqiqi mənasında güclü olduqlarını, ölkələrinə və xalqlarına layiq idmançı kimi tarixi uğurlara imza atdıqlarının göstəriblər.  Bu idman aləmində sözün həqiqi mənasında böyük uğurlardır. Nəzərə alaq ki, bu yarışda müsəlman ölkəsinin çox nəhəng dövlətləri də iştirak edir.  Onların arasında Azərbaycan idmançılarının sonuncu yarışda birinci yeri tutması doğurdan da, çox böyük idman hadisəsidir. Bunun da böyük və siyasi əhəmiyyəti var. Bu oyunlar müsəlman aləmində birliyin və həmrəyliyin təmin edilməsinə xidmət edir. Ümid edirik ki, idmançılarımız bu oyunlarda da tarixi nailiyyətlərə imza atacaqlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top