Xəyanəti unutmayan Ağdam....

SOSİAL 20 iyl 2022, 16:02
Bir dəfə Agdamda çəkiliş zamanı yaşlı insanlara sual verdim: “Necə oldu ki, belə böyük ərazili rayon işğala məruz qaldı”. Dərindən köks ötürüb cavab verdilər ki, “hamısı nizamsızlıq, xəyanət və qarışıqlıq ucbatından. Bəzən bir könüllü dəstə müharisəyə düşəndə digərləri ona kömək etməyə getməzdilər. Şəxsi düşmənçilik ucbatından tarixi rayon düşmənin işğalına məruz qaldı”.
Yaşlılar söhbət edirdilər ki, könüllü dəstələrin çoxluğu onların rəhbərləri arasında bir-birilə mübahisələr doğurur, şəxsi qərəzlik yaradırdı. Nəticədə Agdamın müdafiəsi yarılır, onun işğalına hərtərəfl münbit şərait yaranırdı. Əgər nizami ordu olsaydı, düşmən onun işğalını həyata keçirə bilməzdi. Lakin təəssüf ki, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi ilə AXCP rəhbərliyi könüllü dəstələri qəsdən buraxdı və əsgərlər arasında həvəsdən salmaq proseslərinə start verdi. Yəni, bizim hakimiyyətdən getməyimizin əvəzi belə çıxılmalıdır. Şəxsi ədavətlər torpaqları bir-birinin ardınca işğala məruz qoydu.
 

1993-cü ildə Ağdamın işağlına zəmin 6-7 ay əvvəldən yaranmışdı. Düşmən atəş ocaqlarını məhv etməyə ya texnika vaxtında verilmir, ya da könüllü dəstələr digər rayonların müdafiəsinə göndərilirdi. Cəbhədə belə aldatma üslündan istifadə edilirdi. Yerlərdən yuxarılara xəbər verilərdi ki, Ağdamın müdafiəsinə könüllü dəstələr və texnika çatmır. Lakin onlara deyilərdi ki, əsas filan rayonun müdafiəsidir. Bununla da digər rayonun müdafiəsi “əsas” gətirilməklə, başqa rayonun işğalı gerçəkləşərdi.AXCP rəhbərliyinin müdafiə nazirinin hansısa ölkəyə tez-tez səfərə yollanıb gizli tapşırıqlar alması, digər nazirlərin başqa ölkələrin hansısa xeyir-duası ilə siyasət yeritməsi, torpaqların işğalı ilə nəticələnirdi. Nizamsızlıq, hərc-mərcliklə dolu AXCP hakimiyyət liderlərinin  bəlağətli çıxışları üzərində qurulan siyasət adamlara göz yaşları bəxş etdi, yeni dünya düzənində çaşıb qalan kiçik ölkəni poliqona çevirdilər. Adamlar torpaqlarını itirdilər, ölkənin müqəddaratı sual altına düşdü, köhnə çamadanlarla doğma evlərini tərk edənlər bura qayıdacaqları günü gözlədilər.   

2022-ci ilin iyulunun 19-da isə o gün gəldi. Tarixi hadisə baş verdi. Məcburi köçkünlər Zəngilanın Agalı kəndinə qayıtdılar. Böyük Qayıdış əfsanəsi reallığa çevrildi. Azərbaycanın hətta bunun heç vaxt baş verməyəcəyi inamsızlığı ilə yaşayan sakinlərinin gözündən yaş axdı. Biz bütün bunları bu günlərdə gördük, o insanların sevincini müşahidə etdik. Və əlimizi göyə qaldırıb var səslə dedik: İlhai, sənə min şükür, xalq bu günləri də gördü.
Amma 1993-cü ilin iyul günlərində xalq ümidsiz halda ən son paltarlarını, sınıx-salxaq məişət əşyalarını yük maşınlarının arxasına toplayıb doğma torpaqlardan uzaqlaşırdılar. Əlləri üzlərində, kədərli gözlərini uzaqlara dikərək. İndiki gənclər həmin günləri görməyiblər. Biz o günlərin şahidləri kimi o qaçqınları ilan mələşən isti yerlərdə çadırda, qaynar vaqonlarda yaşayanda gördük. Ağdam sakinləri isə ölkənin hər yerinə yayıldılar, köhnə sanatoriyalarda, tələbə yataqxanalarında darısqal otaqlara sığındılar. Hamısı da ona görə ki, AXCP hakimiyyəti yarıtmaz siyasəti ilə torpaqların işğalına rəvac vermişdi.

1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu.
  42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometir, bir şəhər və 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşadı. Bunların 17 mini yaşlı nəsilin nümayəndəsi idi. Onların çoxu məcburi köçkünlük  həyatının ilk aylarında dünyalarını dəyişdilər.
İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi.
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min sahədə əkin aparırlir.
  Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.
1993-cü ilin bu günlərində - iyul ayında hər bir azərbaycanlı, hər bir ağdamlı əmin idi ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidləri, musiqi səsinə möhtac qalmış bərli-bərəkətli torpaqları, ata-babalarının uyuduğu qəbiristanlıqlar azad ediləcək. 
Yalnız 27 ildən sonra – 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinə köklənən rəhbərlik bacarığı, Azərbaycan Ordusunun cəsurluğu nəticəsində Ağdam rayonu işğaldan azad edildi. İndi yeni Ağdam qurulur, böyük tikinti meydançası modern Ağdamı meydana gətirir.
Daha dağılmış Ağdam görməyəcəyik. Onu ürəyimizə gömdük. Gömülən həm də yarıtmaz idarəçiliyi ilə qara tarixə düşən siyasətçilər oldu.

Azər Qismət

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top