Kamran Əliyevdən bu şəxslərlə bağlı ƏMR

SOSİAL 14 iyl 2022, 12:27
Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Baş Prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Onun yerinə isə Ağdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyev təyin edilib. 

Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə “Prezident təqaüdçü”sü olub. 

Baş Prokurorun daha bir əmri ilə Vüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib. V.Nəsibov bu təyinata qədər Baş

Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Məlumatları Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top