Dələduzluqda ittiham olunan məmur oğluna bəraət verildi

HADİSƏ 13 iyul 2022, 13:10
Sabiq polis əməkdaşı Elvin Həşimlinin məhkəməsi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. 

Elvin Həşimlinin barəsində olan ittiham sübuta yetirilməyib və ona bəraət verilib.

İstintaq orqanı tərəfindən Elvin Həşimlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq) maddəsi ilə ittiham elan edilib.  

Elvin Həşimlinin barəsində şəriki Möhkəm Səmədovun şikayəti əsasında cinayət işi açılıb. 

Möhkəm Səmədov 2020-ci ilin əvvəlində onun barəsində şikayət edib. Möhkəm Səmədov şikayətində qeyd edib ki, Elvin Həşimli onun etibarından sui-istifadə edərək 1 milyon 500 min dollar alıb.

Elvin Həşimli isə bu ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Möhkəm Səmədovdan borca pul alıb və amma sonradan həmin pulu qaytarıb. 

Elvin Həşimli Xətai rayon Polis İdarəsinin əməkdaşı olub.

Elvin Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimovun oğludur. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top