“Putin Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasını həzm edə bilməzdi” — ŞƏRH

SOSİAL MEDİA 03 iyl 2022, 17:19
Bəziləri o qədər dayazdırlar ki, dünyanın istənilən yerində mitinq görəndə səbəbləri araşdırmadan həmən cuşa gəlirlər, çünki həyatda başqa heç nə bacarmırlar, mitinq, sərbəst toplaşmaq kimi təməl vətəndaş haqqlarını gözdən salırlar, əllərində çəkicdən başqa heç nə olmayanlar ətrafda hər şeyi mismar kimi görürlər. 

Demokrat.az
xəbər verir ki, bu fikirləri ReAl partiyasının icraçı katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında Özbəkistanda baş verənlərə münasibət bildirərkən yazıb.

Partiya funksioneri hesab edir ki, Özbəkistan Türkiyə və Azərbaycanla yaxınlaşdı və nəticədə Rusiya bunu qəbul edə bilmədi:

"Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi, əməkdaşlığın genişlənməsi razılaşdırıldı - bunları Putin həzm edə bilməzdi.

Qaraqalpaq bölgəsi Özbəkistanın 40% (!!!) ərazisində yerləşir, cəmi 1,8 mln. əhalisi var, ölkənin yerdə qalan 60% ərazisində isə 35 mln.-a yaxın insan yaşayır. Yeni Konstitutsiya dəyişikliyində Qarakalpaq Respublikasının referendum yolu ilə  müstəqil olması və başqa dövlətə birləşməsi (bu çox vacibdir) maddəsi çıxarılmaq istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı - çünki köhnə maddələr Rusiyaya Özbəkistana DAİM təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qaraqalpaqdan alınmalıdır, bu Özbəkistan üçün vacibdir.

Vəssalam, məsələ budur, bəziləri isə yenə mitinq görüb mənasız yazılar yazırlar, ya da elə bilərək/bilməyərək Rusiyanın əlinə oynayırlar, hələ bir deyirlər ki, Qaraqalpaqlar GÖZLƏNİLMƏDƏN etiraza qalxdılar".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top