Xalq artisti özündən çıxdı: “O, kimdir ki, məni saymasın” (VİDEO)

İNCƏSƏNƏT 29 iyn 2022, 18:07
Xalq artisti Əli Nur canlı yayımda Elnarə Abdullayeva və Könül Qasımova ilə bağlı illər sonra maraqlı sirrləri açıqlayıb. 

«Elnarə Abdullayevanı da, Könül Qasımovanı da sənətə mən gətirmişəm. Mən onları məhşurlaşdırmışam. İndi adımı belə çəkmirlər. Niyə? Nə səbəbəb? Haqqımı dana bilməzlər. Məni görəndə salam vermirlər. Kim idi onlara şərait yaradan? Heç kim… Mən əllərindən tutub səhnəyə gətirmişəm. Hətta Zaur Kamalın özü. O, kimdir ki, müğənniləri təhqir edir?»

Bu açıqlamadan sonra aparıcı Amil Xəlil : «Aparıcının nə günahı var? Müğənnilər özləri şərait yaradır ki, onunla hansısa aparıcı o formada rəftar eləsin. Düşünmürəm ki, Zaur Kamal hər kəsə sizin iddia etdiyiniz formada rəftar eləsin. Əsla...»

Həmin anları təqdim edirik:
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top