Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

XARİCİ SİYASƏT 28 iyn 2022, 08:43
Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var, bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top