“Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”

REGİON 27 iyn 2022, 00:25
Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib.
Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”, - Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.

“Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən”, - Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.
İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə, o cümlədən jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top