İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi — YENİLƏNİB

XARİCİ SİYASƏT 21 iyn 2022, 13:48
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Demokrat.az
xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündəki abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Bu abidədə Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

***12:30

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.


Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top