Şeyx Əbdül: “İlham Namiq Kamalın meyitini məsciddə şəxsən mən yuyacam” — Qalmaqal böyüdü

İNCƏSƏNƏT 18 iyn 2022, 11:58
Ötən gün Space Tv-də «Gəl, danış» sosial-kriminal layihədə «Qayınana» filmi haqqında açıqlama verən Şeyx Əbdüllə bağlı mübahisə böyüyür.

Xalq artisti, kinorejissorun filmi tənqid etməsi, Azərbaycan ədəbiyyatına və əxlaqına xas olmadığını iddia etməsi ətrafında müzakirələr səngimək bilmir. Məsələ ilə bağlı açıqlama verən xalq artisti İlham Namiq Kamalın «Mən Şeyx Əbdülü tanımıram. O kimdir? Məsciddə işləyir?» açıqlamasına Əbdül Mahmudovu özündən çıxartdı. Canlı yayımda iştirak edən aktiyor baş verənlərə aydınlıq gətirib. «O, tez-tez mənimlə görüşür. Arada-sırada dərdləşirik. İndi məni tanımır? Məsciddə işləyəcəm və onun meyidini də mən yuyacam. O, qadın obrazlarını oynayan aktyor olub. Əgər İlham Namiq Kamal «qayınana» obrazını müsbət sayırsa qoy saysın. Mənim nəslimdə elə qayınanalar ola bilməz. Çünki bizim nəslimiz ziyalı nəsildir. Onu deyə bilmərəm.» 

Xalq artistinin həmkarı xalq artisti Nürəddin Mehdixanlının «Şeyxin son zamanlar qəribə açıqlamaları olur. «Qayınana» filmində heç bir mənəviyyatımıza ziyan vuracaq bir hadisə yoxdur»» açıqlamasına da Şeyx Əbdül cavab verib. «Mən Nəsibə xanımla bağlı heç nə deməmişəm. Onun sənətinə böyük hörmətim var»

Aparıcı Amil Xəlilin «Yeddi oğul istərəm» filmi dəyərlərimizə uyğundurmu? o filmdə sovet ideolagiyasını təbliq etməyibmi? sualına xalq artisti «Biz orada torpağa, millətə, adət-ənənələrimizə bağlılığımızı nümayiş elətdirmişik» cavabını verib.

Həmin anları təqdim edirik...
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top