Əcnəbi səyahətçilər Zəngilanda — FOTOLAR

QARABAĞ 18 iyn 2022, 09:22
Əcnəbi səyahətçilər Zəngilan rayonunun Ağalı kəndində olublar.

Demokrat.az xəbər verir ki, 10 ölkədən olan səyahətçilər və bloqerlər iki gün ərzində Füzuli, Şuşa, Kəlbəcər, Laçını ziyarət ediblər və bu gün Zəngilandadırlar.

Qonaqlara Zəngilanın Ağalı kəndi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks 200 evdən ibarətdir və onların planlaşdırılmasında bir çox ölkələrin təcrübəsindən istifadə olunub. Həmçinin vurğulanıb ki, “Ağıllı kənd” konsepsiyasında yaşayış kompleksinin, sosial xidmətlərin, istehsal müəssisələrinin yaradılması və alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur.

Qafqazda ilk “Ağıllı kənd” konsepsiyasının yaradılması üçün Hindistan, İsrail və digər ölkələrin zəngin təcrübəsindən istifadə edilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top